Reklam resmi
Reklam resmi

Rusiya NATO tərəfindən İTTİHAM EDİLDİ

Rusiya NATO tərəfindən İTTİHAM EDİLDİ
Siyasət

NATO-nun baş katibi Mark Rutte Rusiyanı raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə NATO hava məkanını dəfələrlə pozmaqda ittiham edib.

Ajans.az xəbər verir ki, o, dedikləri ilə bağlı heç bir sübüt ortaya qoymayıb. 

“Rusiya raketlərinin və dronlarının hava məkanına təkrar müdaxiləsi çox təhlükəli və qəbuledilməzdir. NATO ölkələri artıq şərq cinahda hava hücumundan müdafiəni gücləndiriblər və bunu davam etdirirlər, çünki bu sistemlər bizim prioritetimiz olaraq qalır”, - deyə, baş katib qeyd edib.

Rutte onu da vurğulayıb ki, hərbi bloka daxil olan ölkələr üçün Qara dəniz regionunda təhlükəsizlik də vacibdir və alyans bütün müttəfiqlərini qorumağa hazırdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
NATO Rusiya İttiham

Digər Xəbərlər