Reklam resmi
Reklam resmi

68 yaşlı qadının qətli açılıb, şübhəli saxlanılıb

68 yaşlı qadının qətli açılıb, şübhəli saxlanılıb
Hadisə

Noyabrın 27-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 68 yaşlı qadının qətlə yetirilməsi faktı üzrə şübhəli şəxs müəyyən olunub.

Ajans.az  xəbər verir ki, kənd sakini Nazilə Mustafayevanı yaşadığı evdə boğaraq qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Şəmistan Həsənzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə tamah məqsədilə törədilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
beyləqan Qətl

Digər Xəbərlər