Əsgərin ölümü ilə bağlı ARAŞDIRMA BAŞLANDI
Əsgər ölümü ilə bağlı araşdırma başlayıb.
Ajans.az xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqdan məlumat verilib.
Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlu xəstəlikdən müalicə olunduğu Hospitalda dekabrın 15-də vəfat edib. Fakt əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Faktla bağlı hazırda araşdırma davam etdirilir.
Mövzular: