Reklam resmi
Reklam resmi

Arif İsayev faciəvi şəkildə HƏYATINI İTİRİB

Arif İsayev faciəvi şəkildə HƏYATINI İTİRİB
Hadisə

Naxçıvan şəhərində 66 yaşlı kişi ocağın üzərinə yıxılaraq ölüb.

Ajans.az xəbər verir ki, Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü Arif Əli oğlu İsayev səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırıb.

Bir ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev yanmaqda olan ağac parçalarının üzərinə daha gur alışması üçün benzin tökmək istəyərkən ürəktutması keçirərək yanan ocağın üzərinə yıxılıb. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan bacısı L.İsayeva həyətə gəlib və onun yanmış vəziyyətdə meyiti aşkar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib. Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.

Mövzular:
Naxçıvan ölüm

Digər Xəbərlər