Reklam resmi
Reklam resmi

Deputat “Ramiz Mehdiyev işi”ndən danışdı – “Onlar qorxsunlar ki...”

Deputat “Ramiz Mehdiyev işi”ndən danışdı – “Onlar qorxsunlar ki...”
Siyasət

“İlk növbədə hüquq-mühafizə orqanlarına təşəkkür etməliyik ki, dövlətimizə qarşı yönələn belə bir böyük təxribatın qarşısını aldılar. Bu bir daha göstərdi ki, Azərbaycanda güclü dövlət formalaşıb və onu müstəqillik yolundan heç nə döndərə bilməz”.

Bunu Ajans.az-a açıqlamasında “Ramiz Mehdiyev işi” barədə danışan millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, ara-sıra cəmiyyətimizdə müəyyən xarici dairələrlə əlaqə yaradaraq, özlərinin çirkin niyyətlərini həyata keçirmək istəyənlər olur:

“Bunların arasında vaxtilə yüksək vəzifədə işləmiş insanlar da var. Hazırda istintaq gedir, bundan sonra kimlərin istintaqa cəlb olunacağını müstəntiqlər daha yaxşı bilirlər. Qoy o insanlar qorxsunlar, həyəcan içində yaşasınlar ki, onların bu işdə əli var, bu işə dəstək veriblər”.

author picture
Cavidan Mirzəzadə

Digər Xəbərlər