4-cü sinif şagirdinin gözünə qayçı ilə XƏSARƏT YETİRDİ
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.
Ajans.az xəbər verir ki, hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.
Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.(Mənbə: qafqazinfo)
Mövzular: