Biləcəridə çökən evlərlə bağlı RƏSMİ AÇIQLAMA verildi
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində bünövrəsi çökmüş fərdi yaşayış evləri ilə bağlı açıqlama verilib.
Ajans.az xəbər verir ki, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib. Sözügedən evlər uzun illər əvvəl tikilib.
"Tomris küçəsində çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda vurğulanıb.
Mövzular: