Reklam resmi
Reklam resmi

Rusiya ilə Abxaziya münasibətləri əsas prioritetdir - Peskov

Rusiya ilə Abxaziya münasibətləri əsas prioritetdir - Peskov
Siyasət

Rusiya ilə Abxaziya arasında münasibətlər Moskva üçün prioritet məsələdir.

Ajans.az xəbər verir ki , bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov danışıb.

“Rusiya-Abxaziya ikitərəfli münasibətləri xarici siyasətimizin çox mühüm prioritetidir”, - deyə o, respublikadakı gərgin vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.

Noyabrın 12-də abxaz müxalifətçilərinin həbsi ilə əlaqədar respublikada etiraz dalğası başlayıb. Onlar Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı çıxıblar. Noyabrın 15-də müxalifət tərəfdarları prezident Aslan Bjaniyaya ultimatum verərək onun istefasını tələb ediblər.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Abxaziya Peskov Aksiya Prioritet

Digər Xəbərlər