Reklam resmi
Reklam resmi

İcra başçısının oğluna general rütbəsi VERİLDİ

İcra başçısının oğluna general rütbəsi VERİLDİ
Siyasət

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğluna general rütbəsi verilib. 

Ajans.az xəbər verir ki, bu, dövlət başçısının imzaladığı Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Fövqalədə Hallar Nazirliyinin qulluqçusu, polkovnik Seymur Taleh oğlu Qaraşov “general-mayor” ali həri rütbəsi alıb.

Qeyd edək ki, Taleh Qaraşov 30 ilə yaxındır (1996-cı ildən ta bu günə kimi) icra başçısı vəzifəsində çalışır. O, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 2012-ci ildən indiyə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Mövzular:
Prezident sərəncam

Digər Xəbərlər