Reklam resmi
Reklam resmi

Gəncədə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Gəncədə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
Kriminal

Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən iki “Chevrolet” və bir “Azsamand” markalı avtomobillərin sürücüləri -E. Hətəmi, E. Məmmədov və  Z. Həsənov saxlanılıblar. 

Ajans.az xəbər verir ki, bununla bağlı DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. sürücülər barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə hər 3 sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.

Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha 6 sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib. Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 

Gəncə şəhərində yol hərəkəti qaydalarına əməl olunmasının nümunəvi təşkili məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
avtoxuliqanlıq Gəncə

Digər Xəbərlər