Reklam resmi
Reklam resmi

Paytaxtın mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski...

Paytaxtın mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski...
Hadisə
839

Bakının Nəsimi rayonunun Xətai prospektində bir həftə öncə yağan yağışın fəsadları hələ də davam edir.

Ajans.az xəbər verir ki,  yol boyu axan palçıq avtomobil və piyadalar üçün çətinliklər yaradır.

Sakinlər bildirirlər ki, palçıq axıntıları torpaq uçqununa belə gətirib çıxara bilər, bu da öz növbəsində onlar üçün ciddi problemdir.

Məsələ ilə bağlı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən qeyd olunub ki, problemə səbəb drenaj sistemlərinin yağış sularını tam təxliyə edə bilməməsidir.

Daha ətraflı İctimai TV-nin videomaterialında:

Mövzular:
Bakının Nəsimi rayonunun Xətai prospekti Torpaq sürüşməsi riski

Digər Xəbərlər