Reklam resmi
Reklam resmi

Beynəlxalq axtarışda olan 24 nəfər Türkiyəyə ekstradisiya olundu

Beynəlxalq axtarışda olan 24 nəfər Türkiyəyə ekstradisiya olundu
Kriminal

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya qırmızı bülletenlə beynəlxalq axtarışda olan 24 nəfərin yaxalanaraq ölkəyə gətirildiyini açıqlayıb.

Ajans.az  xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, son 2 il yarım ərzində 58 ölkədən 584 qırmızı bülletenlə axtarışda olan şübhəli şəxs Türkiyəyə gətirilib.

Son əməliyyatla bağlı isə A. Yerlikaya vurğulayıb ki, axtarışda olan şəxslərdən 19 nəfəri Gürcüstan, qalanları isə Almaniya, Avstriya, Monteneqro, Serbiya və Yunanıstanda yaxalanaraq Türkiyəyə ekstradisiya olunub.

Mövzular:
Ali Yerlikaya beynəlxalq axtarışda olan 24 nəfər ekstradisiya

Digər Xəbərlər