Reklam resmi
Reklam resmi

Elmir İbrahimov vəzifəyə TƏYİN OLUNDU

Elmir İbrahimov vəzifəyə TƏYİN OLUNDU
Siyasət

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

Ajans.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.(mənbə: qafqazinfo)

Mövzular:
Elmir İbrahimov təyinat

Digər Xəbərlər