Reklam resmi
Reklam resmi

Məğlubiyyətdən sonra Qurban Qurbanovdan açıqlama

Məğlubiyyətdən sonra Qurban Qurbanovdan açıqlama
İdman

"Oyundan çox razı qaldım. Məğlub olsaq da, azarkeşlər üçün əsl futbol oldu. Azarkeşlərimin hər birinə, futbolçularıma təşəkkür edirəm".

Ajans.az  xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"la oyundan sonra verdiyi ilk açıqlamada deyib. 

"Bəsit qollar buraxdıq. Qapıya gedən hər zərbə qol oldu. Hər halda Çempionlar Liqasıdır. Oyundan əvvəl də komandanın bütün oyunlarına baxmışdım. Topa sahib olmaları bir daha göstərdi ki, topla nə cür davranmaq lazımdır. Mən futbolçularımdan çox razı qaldım. Baxmayaraq ki, uduzduq, məncə, bu gün biz çox şey qazandıq", - deyə Qurbanov qeyd edib.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Qarabağ

Digər Xəbərlər