Reklam resmi
Reklam resmi

Dəhşətli qəzə- SƏRNİŞİN ÖLDÜ

Dəhşətli qəzə- SƏRNİŞİN ÖLDÜ
Hadisə

Lerikdə yol kənarında dayanan avtomobil qəfil hərəkət edib dərəyə aşıb, sərnişin ölüb.

Ajans.az xəbər verir ki, hadisə ötən axşam Lerikin Dico kəndi ərazisində qeydə alınıb.

Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı avtomobili yol kənarında saxlayıb və nəqliyyat vasitəsindən düşüb. Bu vaxt minik avtomobili qəfildən hərəkət edərək dərəyə aşıb.

Avtomobildə olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində vəfat edib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Lerik Dico kəndi Tikaband kənd Qəza

Digər Xəbərlər