Reklam resmi
Reklam resmi

"Sabah" "Neftçi"yə QALİB gəldi

\"Sabah\" \"Neftçi\"yə QALİB gəldi
İdman

Misli Premyer Liqasının XIV turunda "Sabah" "Neftçi"yə qalib gəlib.

Ajans.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Qolları Akim Zedadka (58) və Coy-Lens Mikels (77) vurublar.

Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran "Sabah" turnir cədvəlində ikinci sıraya yüksəlib. "Neftçi" isə 16 xalla səkkizinci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0) məğlub edib, "Zirə" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" – "Turan Tovuz" oyunu isə güclü duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb və təxirə salınıb.

Mövzular:
Sabah Neftçi

Digər Xəbərlər