Reklam resmi
Reklam resmi

1511 partlamamış hərbi sursat ZƏRƏRSİZLƏŞDİRİLİB

1511 partlamamış hərbi sursat ZƏRƏRSİZLƏŞDİRİLİB
Kriminal

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən dekabrın 1-dən 7-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

Ajans.az xəbər verir ki, bununla bağlı ANAMA-dan məlumat verilib. Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 273, tankəleyhinə 366 mina və 1511 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 1 693,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Mövzular:
ANAMA mina partlayıcı

Digər Xəbərlər