Reklam resmi
Reklam resmi

Ordubadda 9 sm-dən çox QAR YAĞIB

Ordubadda 9 sm-dən çox QAR YAĞIB
Gündəm

Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir.

Ajans.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Dekabrın 7-si və 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 9, Küküdə (Şahbuz) 20, Biçənəkdə (Şahbuz) 7, Şərurda 12, Axurada (Şərur) 7, Ordubadda 7, Parağaçayda (Ordubad) 17, Culfada 4, Kəngərlidə 11, Sədərəkdə isə 18 mm olub.

Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 9 sm-i keçib.

Mövzular:
Naxçıvan ordubad qar hava

Digər Xəbərlər