Biləsuvarda baş vermiş ağır qəzada ölənlərin adları məlum oldu
Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.
Ajans.az xəbər verir ki, hadisə nəticəsində sürücü, 2003-cü il təvəllüdlü Vasif Həsənli və onun sərnişinləri - 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatlarını itiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mövzular: