Reklam resmi
Reklam resmi

"Qobu Park 1"də zəhərlənənlərdən birinin VƏZİYYƏTİ ağırdır

\"Qobu Park 1\"də zəhərlənənlərdən birinin VƏZİYYƏTİ ağırdır
Hadisə

"Qobu Park 1" yaşayış massivində baş verən partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır.

Ajans.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd olunub ki, yanğın baş verməsi səbəbilə ümumilikdə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onlardan 1 nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, dekabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla baş vermişdi.

Mövzular:
Qobu Park 1

Digər Xəbərlər