Balakəndə kərpic sexində YANĞIN OLUB
Balakən şəhərində ümumi sahəsi 1250 kvadratmetr olan kərpic qurutma sexində 30 ədəd taxta rəflər 125 m² sahədə yanıb.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mövzular: