Reklam resmi
Reklam resmi

Əsgərin ölümünə görə komandir həbs edildi

Əsgərin ölümünə görə komandir həbs edildi
Kriminal

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynovun intihar etməsi ilə bağlı komandiri həbs edilib.

Ajans.az xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi Hərbi Prokurorluğun protesti əsasında belə qərar çıxarıb.

Yuxarı instansiya Cəlilabad Hərbi Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi ilə bağlı qərarı pozub. Tabelikdə olan hərbi qulluqçulara qarşı zorakı hərəkətlər etməkdə (CM-nin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri) təqsirləndirilən kapitan Mahmud Səfaralıyev məhkəmə zalında həbs edilib.(qafqazinfo)

Mövzular:
Hüseyn Hüseynovun intihar etməsi Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsi

Digər Xəbərlər