Reklam resmi
Reklam resmi

Plastik torbaların qiyməti QALXDI

Plastik torbaların qiyməti QALXDI
İqtisadiyyat

Ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə qaldırılıb, böyük ölçülü torbalar isə artıq 7 qəpiyə təklif olunur. 

Ajans. az  AzTV-yə istinadla xəbər verir ki, bu barədə şəhərdə aparılan müşahidələrə əsasən demək mümkündür ki, plastik torbaların qiyməti artsa da, bu, insanların seçiminə ciddi təsir etməyib. Alıcıların böyük əksəriyyəti yenə də polietilen torbalara üstünlük verirlər.

Bəzi istehlakçılar mağazalarda başqa alternativin az olduğunu bildirirlər:

"Mağazalarda çox vaxt plastik paketlər təklif olunur, mən məcbur olub onlardan götürürəm".

Marketoloq Qələndər Məmmədlinin sözlərinə görə, əsas problem alternativlərin təqdimatındadır:

"Marketlərdə istehlakçı kassaya gələndə onun üçün əlçatan olan plastik torbalardır. Ətraf mühit üçün zərərsiz olan torbalar isə adətən ayrı rəflərdə, gözəçarpmayan yerlərdə olur", - deyə o vurğulayıb.

author picture
Leyla Nəsirli
Mövzular:
Plastik Torba

Digər Xəbərlər