Erlinq Holann rekorda İMZA atdı
"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında (APL) rekorda imza atıb.
Ajans.az xəbər verir ki, norveçli hücumçusu Premyer Liqada 111-ci oyununda 100-cü qolunu vurub.
Erlinq Holann bu nəticəni XIX turda "Fulhem"lə səfər matçında əldə edib. Buna nail olmaq üçün ona 111 oyun lazım olub.
Bundan əvvəlki rekord 1995-ci ildə ingilis hücumçusu Alan Şirerə məxsus idi. O, turnirdə ilk 100 qolunu 124 oyunda vurub.
Qeyd edək ki, 25 yaşlı Holann 2022-ci ilin iyulunda "Mançester Siti"yə qoşulub. Bu klubla norveçli futbolçu iki İngiltərə çempionluğu, bir İngiltərə Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Super Kuboku qazanıb.
Mövzular: