Reklam resmi
Reklam resmi

Daha bir ağır qəza baş verib- 2 nəfər AĞIR XƏSARƏT ALDI

Daha bir ağır qəza baş verib- 2 nəfər AĞIR XƏSARƏT ALDI
Hadisə

Səhər saat 8 radələrində Bakı–Şamaxı–Yevlax yolunun 108-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü, Oğuz rayon sakini 49 yaşlı Dadaşov Seymur Tapdığ oğlu idarəetməni itirərək yoldan çıxıb və avtomobil suötürücü kanala aşıb.

Qəza nəticəsində sürücü Dadaşov Seymur Tapdığ oğlu və onun həyat yoldaşı, 45 yaşlı Dadaşova Səyidə Zayəddin qızı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

author picture
Zərif Sofiyeva
Mövzular:
qəza hadisə

Digər Xəbərlər