Reklam resmi
Reklam resmi

Dəhşətli qəza- XƏSARƏT ALAN VAR

Dəhşətli qəza- XƏSARƏT ALAN VAR
Hadisə

Kürdəmirdə yol qəzası baş verib.

Ajans.az xəbər verir ki, hadisə Bakı–Qazax əsas magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobillərinin toqquşması nəticəsində onlardan biri aşıb. Qəza zamanı avtomobildə olan mişar daşları yola dağılıb və bu, nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Yük maşınının sürücüsü, 1988-ci il təvəllüdlü Zeynalov Emin Yaşar oğlu xəsarət alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Qəza kürdəmir

Digər Xəbərlər