Cəmil Həsənli sərbəst buraxıldı
Milli Şuranın sədri Cəmil Həsənlinin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Ajans.az xəbər verir ki, o, Ramiz Mehdiyevin istintaq olunan cinayət işi üzrə şahid qismində sorğu-sual edilib.
Xatırladaq ki, C. Həsənli sosial şəbəkədə özü bildirib ki, o, bu gün guya "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.
Mövzular: