Reklam resmi
Reklam resmi

Bakıda yaşayış binasında PARTLAYIŞ OLDU-VİDEO

Bakıda yaşayış binasında PARTLAYIŞ OLDU-VİDEO
Hadisə
3161

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Ajans.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.Partlayış dalğasının təsirindən ümumi sahəsi 40 kv.m olan birotaqlı mənzilin mətbəxinin pəncərəsi çərçivədən çıxıb, mətbəxin tavanının lambirdən ibarət örtüyü sıradan çıxıb.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Ajans.az (@ajans.az)

Mövzular:
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri

Digər Xəbərlər