Reklam resmi
Reklam resmi

Messi yeni rekorda imza atdı

Messi yeni rekorda imza atdı
İdman

Argentinalı dünyaşöhrətli hücumçu Lionel Messi karyerasında ən çox məhsuldar ötürmə ilə dünya futbol rekorduna imza atıb.

Ajans.az xəbər verir ki, MLS-in pley-off mərhələsinin yarımfinal matçında Messinin çıxış etdiyi “İnter Mayami” “Nyu York Siti”ni 5:1 hesabı ilə məğlub edib.

Messi bir asist edib və pley-offdakı qol seriyasını səkkiz matça çatdırıb.

Bu, 38 yaşlı argentinalının karyerasında 405-ci assistdir. O, Ferens Puşkasın rekordunu (404) yeniləyib.

Mövzular:
Messi Argentina

Digər Xəbərlər