Reklam resmi
Reklam resmi

Mütəxəssislərdən yanğın təhlükələri ilə bağlı XƏBƏRDARLIQ

Mütəxəssislərdən yanğın təhlükələri ilə bağlı XƏBƏRDARLIQ
Gündəm

Son günlər ölkəmizdə baş verən yanğınların əsas səbəbi kimi elektrik cərəyanı göstərilir.

Ajans.az İctimai TV-nin sujetinə istinadən xəbər verir ki,havaların soyuması istilik və enerjiyə olan tələbatın artmasına səbəb olur.

Bəs belə zamanda bu kimi mənfi hallar yaşanmasın deyə nə etmək lazımdır?

Mütəxəssislər qeyd edirlər ki, işləniləcək işığın gücü və yükü heç də standartlar səviyyəsində istifadə olunmur:

"Burada divara vurulan mismar, kabelin qalınlığı, forması, gücü bütün texniki şərtlər və standartlar səviyyəsində təmin olunmadığına görə qısaqapanmalar baş verir. Bu kimi hallarda kabellər qızır və bu da yanğına səbəb olur".

Mütəxəssislər həmçinin bildirirlər ki, binalarda kabel xətlərinin mütəmadi yoxlanması və nəzarətsiz xətt çəkilişinə yol verilməməsi belə halların qarşısını alır.

Daha ətraflı İctimai TV-nin videomaterialında:

Mövzular:
yanğın təhlükələri elektrik cərəyanı

Digər Xəbərlər