Reklam resmi
Reklam resmi

ABŞ 19 ölkə vətəndaşlarına "green card" verilməsini yenidən qiymətləndirəcək

ABŞ 19 ölkə vətəndaşlarına \"green card\" verilməsini yenidən qiymətləndirəcək
Dünya

ABŞ hakimiyyəti 19 ölkədən olan sığınacaq axtaran şəxslərə yaşıl kart verilməsinin uyğunluğunu yenidən nəzərdən keçirməyə hazırlaşır.

Ajans.az xəbər verir ki,bu barədə CNN ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə istinadən məlumat yayıb.

Siyahıya daxil olan ölkələr bunlardır: Əfqanıstan, Burundi, Venesuela, Haiti, İran, Yəmən, Kuba, Laos, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Syerra-Leone, Toqo, Türkmənistan, Çad, Ekvatorial Qvineya və Eritreya.

Məlumata görə, bu qərar Vaşinqtonda baş verən son silahlı insidentdən sonra qəbul olunub və müvafiq immiqrasiya prosedurlarının daha ciddi şəkildə qiymətləndirilməsini nəzərdə tutur.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ green card

Digər Xəbərlər