İtkin düşən 12 yaşlı qız TAPILDI
Pirşağı qəsəbəsində itkin düşən Mədinə Zaur qızı Ağaəliyeva tapılıb.
Ajans.az xəbər verir ki, itkin düşmə kimi axtarışı elan edilmiş 12 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
10:03
Bakıda yeniyetmə qız itkin düşüb.
Ajans.az xəbər verir ki, noyabrın 26-da saat 21 radələrində Pirşağı qəsəbəsində nömrəsiz evdə yaşayan 2013-cü il təvəllüdlü M.Ağaəliyeva yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.
M.Ağaəliyevanın yaxınları onun fotosunu polisə təqdim edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır.
Mövzular: