Reklam resmi
Reklam resmi

Zakir Həsənov İsrailin briqada generalını qəbul edib

Zakir Həsənov İsrailin briqada generalını qəbul edib
Siyasət

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi e.o. briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ajans.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib. Zakir Həsənov Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.

Görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin inkişafında qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

author picture
Murad Əliyev
Mövzular:
Zakir Həsən İsrail

Digər Xəbərlər