Reklam resmi
Reklam resmi

Bayden Trampı Putinə zəng etdiyinə görə tənqid etdi

Bayden Trampı Putinə zəng etdiyinə görə tənqid etdi
Siyasət

Ağ Evin hazırkı rəhbəri Co Bayden Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı Rusiya lideri Vladimir Putinə COVID-19 testləri ilə bağlı zəng etdiyinə görə tənqid edib.

Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bu zarafat deyil, Tramp dostu Putinə zəng edib və onun COVID-19 üçün testlər apardığına əmin olub. Bu adamın nə günahı var?” - Bayden deyib.

Qeyd edək ki,  “The Washington Post” araşdırmaçı jurnalist Bob Vudvordun yeni kitabından çıxarışlara istinad edərək, Donald Trampın ABŞ prezidenti vəzifəsini icra edərkən 2020-ci il pandemiyasının qızğın çağında şəxsi istifadə üçün gizli şəkildə Vladimir Putinə COVID-19 testləri göndərdiyini yazmışdı .

Mövzular:
COVID-19 Co Bayden Vladimir Putin

Digər Xəbərlər