Hikmət Hacıyev Niderland səfiri ilə GÖRÜŞDÜ
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə görüşüb.
Ajans.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X-də paylaşım edib.
Görüşdə regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib.
Eyni zamanda Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mövzular: