Reklam resmi
Reklam resmi

Qazaxıstan yaxın günlərdə AZAL təyyarəsinin qəzası ilə bağlı hesabatı açıqlayacaq

Qazaxıstan yaxın günlərdə AZAL təyyarəsinin qəzası ilə bağlı hesabatı açıqlayacaq
Dünya

Aktau yaxınlığında 25 dekabrda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı istintaq hesabatı bu ilin sonuna qədər təqdim olunacaq.

Ajans.az xəbər verir ki,bu barədə nəqliyyat nazirinin müavini Maksat Kaliakparov hökumət brifinqində məlumat verib. 

Kaliakparov bildirib ki, son üç ay ərzində qəza ilə bağlı ilkin nəticələr artıq müvafiq komissiya tərəfindən hazırlanaraq təqdim edilib. Hazırda isə mürəkkəb məhkəmə ekspertizalarını əhatə edən daha dərin təhqiqat aparılır. Onun sözlərinə görə, bu proses əmək və vaxt tələb etdiyindən yekun rəy araşdırma tam başa çatdıqdan sonra dərc olunacaq.

“Hazırda konkret tarix açıqlaya bilmərik. Məsələ kifayət qədər ciddi olduğundan müəyyən tarixə zəmanət vermək çətindir. Lakin ilin sonunda mətbuat üçün açıqlama verəcəyik”, — deyə vitse-nazir qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
AZAL Qazaxıstan

Digər Xəbərlər