Reklam resmi
Reklam resmi

Oğuzda FACİƏVİ qəza: Ölən və yaralananlar var

Oğuzda FACİƏVİ qəza: Ölən və yaralananlar var
Hadisə

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, qəza rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində sürücü, rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə yaralanıb. Avtomobildə olan sərnişinlər - 1989-cu il təvəllüdlü Səxavət Hüseynov və 1991-ci il təvəllüdlü Röyal Qarayev xəsarət alıblar. R. Qarayev yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mənbə/Oxu.Az

Mövzular:
Oğuz yol qəzası

Digər Xəbərlər