Reklam resmi
Reklam resmi

Məzar daşı SİFARİŞİ qalmaqala ÇEVRİLDİ

Məzar daşı SİFARİŞİ qalmaqala ÇEVRİLDİ
Hadisə

Göyçay rayon sakini Habil Babayev, iki ilə yaxındır davam edən probleminin həllinin tapılmamasından narazılıq edib.

Ajans.az-ın əldə etdiyi məlumata əsasən, o , atasının məzarı üçün Ağdam rayon sakini, hazırda Göyçay rayonunun Hüngütlü kəndində yaşayan Vüqar adlı şəxsə məzar ustasına qara mərmər başdaşı sifariş edib. Lakin, təhvil alınan sinə daşının rəngi axmağa başlayıb və məlum olub ki, usta qara mərmər adı ilə sadə boz daşı rəngləyib.

Habil Babayev, bu vəziyyəti açıq saxtakarlıq kimi qiymətləndirərək məsələ ilə bağlı məhkəməyə şikayət edib. 

İşə Ağdam Rayon Məhkəməsində baxılır. Lakin iki il keçməsinə baxmayaraq, məsələ həllini tapmayıb. 

Şikayətçi Vüqar adlı şəxsin əməllərinə hüquqi qiymət verilməsini tələb edir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Habil Babayev iki ilə yaxındır davam edən probleminin həllinin tapılmaması

Digər Xəbərlər