Reklam resmi
Reklam resmi

Partlayışda xəsarət alanların son vəziyyəti AÇIQLANDI

Partlayışda xəsarət alanların son vəziyyəti AÇIQLANDI
Gündəm

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində partlayış baş verən obyektdə xəsarət alanlardan dördü evə buraxılıb.

Ajans.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

24.11.2025-ci il tarixində saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib.

Mövzular:
Bakı partlayış xəsarət alanlar

Digər Xəbərlər