Reklam resmi
Reklam resmi

Ermənistan KTMT-nin Bişkek sammitində iştirak etməyəcək

Ermənistan KTMT-nin Bişkek sammitində iştirak etməyəcək
Siyasət

Ermənistan nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcəklər.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, İrəvan görüşdə bütün sənədlər blokunun qəbul edilməsinin əleyhinə olmadığını bildirib.

Uşakov qeyd edib ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 27-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək:

"Sammitdə Qırğızıstan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan liderləri iştirak edəcəklər".

O əlavə edib ki, KTMT sammitində 19 sənədin imzalanması planlaşdırılır.

Mövzular:
Ermənistan KTMT

Digər Xəbərlər