Reklam resmi
Reklam resmi

Zelenski Makronla DANIŞDI

Zelenski Makronla DANIŞDI
Gündəm

Ukrayna Prezidenti Vladimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Ajans.az xəbər verir ki, V.Zelenski bu barədə Teleqramda yazıb.

Onun sözlərinə görə, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir və bu prosesin praktiki nəticə verməsi, Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.

“Mövqelərimizi koordinasiya edirik. Əsas odur ki, dialoq var, diplomatiya aktivləşib. Tərəfdaşların arqumentlərimizi eşidəcəyinə ümid edirik”, - Zelenski vurğulayıb.

Mövzular:
Vladimir Zelenski Emmanuel Makron Ukrayna Cenevrə

Digər Xəbərlər