Reklam resmi
Reklam resmi

“Qarabağ” yola çıxdı - Fotolar

“Qarabağ” yola çıxdı - Fotolar
İdman

UEFA Çempionlar Liqasının 5-ci turunda “Napoli” ilə qarşılaşacaq “Qarabağ” bu gün Neapola yollanır.

Ajans.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 18:00-da çarter reysi ilə İtaliyaya gedəcək.

Qeyd edək ki, sabah axşam “Qarabağ”ın Neapoldakı “Dieqo Maradona” stadionunda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlanacaq.

Mövzular:
UEFA Çempionlar Liqası “Qarabağ” “Napoli”

Digər Xəbərlər