Reklam resmi
Reklam resmi

Vəziyyəti ağır olanlar ilə bağlı TƏBİB-DƏN SON AÇIQLAMA

Vəziyyəti ağır olanlar ilə bağlı TƏBİB-DƏN SON AÇIQLAMA
Hadisə
367

Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.

Ajans.az-ın  sorğusuna cavab olaraq, TƏBİB-dən bildirildi ki,  vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yasamal rayonu yanğın

Digər Xəbərlər