Reklam resmi
Reklam resmi

Kürdəmirdə uşaq bağçası YANDI - FOTO

Kürdəmirdə uşaq bağçası YANDI - FOTO
Hadisə

Kürdəmir rayonunda uşaq bağçasında yanğın olub.

Ajans.az xəbər verir ki, hadisə axşam saatlartında rayonun 4 saylı uşaq bağçası - körpələr evinin ikinci mərtəbəsində qeydə alınıb.

Ümumi sahəsi 800 kv metr olan 16 otaqdan ibarət korpusun ikinci mərtəbəsində ümumi sahəsi 40 km metr olan otaqda iki dolab, üç çarpayı və döşəmə yanıb. Otağın qalan hissəsi isə yanğından mühafizə olunub.

Hadisə yerinə FHN-nin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Mənbə/Report

Mövzular:
Kürdəmir

Digər Xəbərlər