Reklam resmi
Reklam resmi

154 kiloqram at əti mal əti adı ilə SATILIRMIŞ...

154 kiloqram at əti  mal əti adı ilə SATILIRMIŞ...
Hadisə

Bərdədə 154 kiloqram at ətinin mal əti adı ilə satışa çıxarılmasının qarşısı alınıb.

Ajans.az xəbər verir ki, bu haqda AQTA məlumat yayıb. Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Bərdə rayonu, Bakı küçəsində Novruzov Zaur Məmməd oğluna məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.

Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Hüseynov Natiq Vaqif oğlu tərəfindən mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Mövzular:
AQTA Bərdə 154 kq ət

Digər Xəbərlər