Reklam resmi
Reklam resmi

Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana dəvət etdi

Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana dəvət etdi
Siyasət

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ildə Türkmənistana səfərə dəvət edib.

Ajans.az xəbər verir ki, bu barədə Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı təbrikində deyilir.

"Hörmətli İlham Heydər oğlu, sizi dost və qardaş kimi gələn il Türkmənistanda baş tutacaq Mərkəzi Asiya və Azərbaycanın Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə gözləyirik", - təbrikdə deyilir.

Mövzular:
Türkmənistan Azərbaycan Prezidenti dəvət

Digər Xəbərlər