"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib
Noyabrın 18-də “LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları “Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib.
Ajans.az xəbər verir ki,bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.


Mövzular: