Məşhur futbolçunun evində OĞURLUQ
"Juventus" komandasının tərkibindəki iştirakının ardından "Como" klubuna transfer olan isveçrəli futbolçu Alisha Lehmann, evinə oğru girib.
Ajans.az xəbər verir ki, o bu barədə sosial media hesabında etdiyi paylaşımla açıqlayıb.
Məşhur futbolçu paylaşımında zarafatla belə yazıb: “Mən bir az obsesiv-kompulsivəm. Növbəti dəfə evimi soyanda, xahiş edirəm, evi təmizləyin". Lehmannın evində baş verən oğurluqla bağlı polis əməkdaşlarının araşdırma başlatdığı və istintaqın davam etdiyi bildirilib. Oğruların hansı əşyaları götürdüyü və hadisənin maddi ziyanı barədə hələlik rəsmi açıqlama verilməyib.
KEÇƏN İL DƏ OXŞAR HADİSƏ YAŞANMIŞDI
Alisha Lehmann, "Juventus"da çıxış etdiyi dövrdə də oxşar hadisə ilə üzləşmişdi. Torino şəhərindəki evinə girən oğrular təxminən yarım milyon avro dəyərində əşya oğurlamışdılar. Məşhur futbolçunun qısa müddət ərzində ikinci dəfə oğurluq hadisəsinin qurbanı olması diqqət çəkib.
