Reklam resmi
Reklam resmi

“Barselona”nın prezidenti Bakıya GƏLİR

“Barselona”nın prezidenti Bakıya GƏLİR
Gündəm

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xuan Laporta Bakıya səfərə hazırlaşır.

Ajans.az xəbər verir ki, Laporta Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında iştirak edəcək.

COP29 konfransı noyabrın 11-dən 22-dək davam etdiyi üçün onun səfəri noyabrın 16-na planlaşdırılır.

Laportanın Barselona prezidenti kimi fəaliyyəti (2003-2010) çox uğurlu olub, komanda dörd La Liqa, iki UEFA Çempionlar Liqası kuboku və ümumilikdə 12 əsas kubok qazanıb.

2009-cu ildə "Barselona" bir ildə altı kubok qazanaraq əlamətdar bir rekorda imza atıb. Laporta 2021-ci ilin martında yenidən "Barselona"nın prezidenti seçilib.

author picture
Ajansaz Muxbir

Digər Xəbərlər