Reklam resmi
Reklam resmi

Dəhşətli QƏZA- Yaralananlar var

Dəhşətli QƏZA- Yaralananlar var
Hadisə
497

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Göyçay–Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.

Ajans.az-ın əldə etdiyi ilkin məlumata görə, “Volkswagen” markalı avtomobil yolda hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Göyçay Rayon Mərkəzi Xəstəxanası Göyçay Göyçay–Bərgüşad yolu Hadisə

Digər Xəbərlər